"Putin qəsbkar və cinayətkardır, tərəfimizdən devriləcək və məhv ediləcək!"

"Putin qəsbkar və cinayətkardır, tərəfimizdən devriləcək və məhv ediləcək!"

"Dünya Rusiyanın, Rusiya da dünyanın düşməni deyil..."

"Biz rusiyalılara bütün dünyada miliyyəti və vətəni olmayanların, yalnız pulu və hakimiyyəti sevənlərin ücbatından qara yaxılmasını yolverilməz hesab edirik..."

"Mən putinizmlə sözdə deyil, əməldə mübarizə aparmağa hazır olanları sıralarımızda dayanmağa çağırıram..."

"Milli Respublika Ordusu"(MRO) hərəkatı "rus dünyası"nın təbliğatçısı və ideoloqu Aleksandr Duqinin qızının aradan götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Mediainfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sabiq deputatı İqor Ponomaryov özünün "Utro fevralya" ("Fevral səhəri") kanalının efirində bəyan edib.

O, həmçinin müxalifət hərəkatının Manifestini səsləndirib.

MRO-nun üzvləri Rusiya prezidenti Vladimir Putini qəsbkar və hərbi cinayətkar elan edib və onu devirməyi və məhv etməyi vəd edib.

Bundan başqa, onlar güc strukturlarını Kremlə dəstək verməkdə davam edəcəyi və silahı yerə qoymayacağı, oliqarxları isə Kreml rejiminə dəstək verməkdən imtina etməyəcəyi təqdirdə onları məhv edəcəklərini vəd edib.

Manifestdə deyilir:

"Biz, rusiyalı fəallar, hərbçi və siyasətçilər, hazırda Milli Respublika Ordusunun partizan və döyüşçüləri müharibə qızışdırıcılarını, Rusiya xalqlarının qarətçiləri və istismarçılarını qanundan kənar elan edirik!

Biz prezident Putini Konstitusiyanı pozan, slavyan xalqları arasında qardaş qırğınını törədən və rusiyalı əsgərləri labüd və mənasız ölümə göndərən hakimiyyət qəsbkarı və hərbi cinayətkar elan edirik.

Kimsəyə yoxsulluq və tabutlar, kimsəyə saraylar onun siyasətinin mahiyyətini təşkil edir.

Biz hesab edirik ki, səs hüququndan məhrum olanların tiranlara qarşı üsyana qalxmaq hüququ var. Biz Putini devirib məhv edəcəyik!

Məqsədimiz Rusiyanın və qonşularının məhv edilməsini dayandırmaq, xalqımızın sərvətini soran və bu gün ölkə daxilində və onun hüdudlarından kənarda cinayətlər törədən bir yığın Kreml işbazlarının fəaliyyətinin qarşısı almaqdan ibarətdir.

Biz Rusiya Federasiyası hökuməti və regional administrasiyalarının məmurlarını qəsbkarın əlaltıları adlandırırıq və onlar öz səlahiyyətlərindən imtina etmədikləri təqdirdə tərəfimizdən məhv ediləcək.

Biz korrupsiya və məmurlarla əlaqə yolu ilə öz pullarını qazanan biznesmenləri Vətən xainləri və qəsbkarın əlaltıları elan edirik.

Tövbə etməyib açıq şəkildə bu hakimiyyətə və onun müharibəsinə qarşı çıxmayanlar məhv ediləcək.

Biz güc strukturlarının işçilərini qəsbkarın əlaltıları elan edirik. Silahı yerə qoymayanlar və poqonlarını çıxarmayanlar məhv ediləcək.

Biz hərbi yükləri və müharibədə qazananların və ona maliyyə dəstəyi göstərənlərin yüklərini tərəfimizdən məhv ediləcək qanuni hədəflər elan edirik.

Biz Rusiyada evlərdəki Putini hakimiyyətə gətirən partlayışları xatırlayırıq.

Biz bu rejimin heç bir qorxunc cinayət qarşısında dayanmayacağını bilirik və bəyan edirik: biz bu aksiyaları yalnız bu rejimin şəxslərinə qarşı keçiririk.

Biz mükli obyektlərə və dinc vətəndaşlara hücum etməyəcəyik, əgər Putinin güc strukturları belə təxribatlara əl atarsa və qurbanları bizim üstümüzə yazarsa, onlara inanmayın!

Biz Rusiya ordusunun əsgərlərinə Gürcüstanda, Suriyada, Ukraynada və başqa ölkələrdəki qardaşlarımıza atəş açmağı dayandırmağa çağırırıq", - Ponomaryov məhz belə deyib, hərçənd, manifestdə Ukraynanın adı hallanmır.

MRO bütün rusiyalıları onun sıralarına daxil olmağa və Putin hakimiyyəti tərəfindən rüsvay edilən üçrəngli bayraq əvəzinə yeni Rusiyanın rəmzi olan ağ-göy-ağ bayraq qaldırmağa" çağırış edib.

"Biz çağırışımıza səs verənlərin hamısını müdafiə edəcəyik", - müxalifətçilər vəd edib və bəyan edib ki, onların "rejimin devrilməsinədək" proqramını icra edənlərin hamısı qəsbkarın qanunları ilə nəzərdə tutulan məsuliyyətdən azad edilir.

"Biz rusiyalılara bütün dünyada nə milliyəti, nə vətəni olmayanların, yalnız pulu və hakimiyyəti sevənlərin ucbatından bütün dünyada qara yaxılmasını yolverilməz hesab edirik.

Dünya Rusiyanın düşməni deyil, Rusiya da dünyanın düşməni deyil və biz bunu öz əməllərimizlə sübut edəcəyik".

Bundan başqa, MRO "qələbədən sonra" Putin hakimiyyəti tərəfindən məhkum edilənlərin dərhal azad edilməsini vəd edir.

MRO rusiyalılara bu hərəkara qoşulmağa və fəallarla "Rospartizan" Telegram-kanal vasitəsilə əlaqə saxlamağa çağırış edib.

Ponomaryov MRO-dan olan "yoldaşları"na dəstək verib və vurğulayıb ki, təşkilat dinc rusiyalılara qarşı vuruşmur və mülki obyektlərə qarşı aksiyalar törətməyəcək.

"Mən putinizmlə sözdə deyil, əməldə mübarizə aparmağa hazır olanlara sıralarımızda dayanmağa çağırış edirəm", - Ponomaryov bəyan edib.

Xatırladaq ki, avqustun 20-də axşam Moskva ətrafında Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil partlayıb və o, yerindəcə həlak olub.

Avtomobil atasına məxsus olub.

29 yaşlı təbliğatçı atası kimi publisistika ilə məşğul olub, Rusiyanın RT və "Tsarqrad" kanalları üçün yazıb.

O, həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə həsr edilən "Z kitabları"-nın müəlliflərindən biridir.

Ukrayna prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynanın bu hadisəyə heç bir aidiyyəti yoxdur.

"Çünki biz Rusiya kimi kriminal, üstəlik, terrorçu dövlət deyilik", - o, vurğulayıb.

Podolyak hesab edir ki, rusiyallılar Ukraynanın bu hadisədə əli olduğu barədə feyki özlərinin gizli deyil, aşkar səfərbərliyinə cəlb edilməsi üçün yayırlar.

Onun digər versiyasına görə, Rusiyanın müxtəlif siyasi qruplaşmaları ölkə daxilində ideoloji məkanın yenidən bölüşdürülməsi üçün öz aralarında döyüşür.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az