“Sülhməramlı” komandanlıq separatçılarla görüşdü?..-Yeni Laçın yolu da "dəhliz" olacaq?..

“Sülhməramlı” komandanlıq separatçılarla görüşdü?..-Yeni Laçın yolu da "dəhliz" olacaq?..

"İnanaq ki, erməni mənbələrinin yaydığı bu məlumatlar, sadəcə, dezinformasiyadır və Azərbaycan dövləti Rusiya və Ermənistan tərəfinin təkidlərinə rəğmən alternativ Laçın yolunun dəhliz statusu almasına imkan verməyəcək və..."

Xəbər verildiyi kimi, avqustun 18-də Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "məclisi"nin qondarma müxalifət "partiya"larının üzdəniraq "deputat"ları Azərbaycan torpaqlarında müvəqqəti(!) yerləşən Rusiya "sülhməramlı" qüvvələrinin rəhbərliyinə görüş üçün müraciət ediblər. Görüşün keçirilməsinin zəruriliyinə səbəb kimi Rusiyanın Ermənistandakı səfir-müşaviri Maksim Seleznyovun Laçın dəhlizi barədəki son bəyanatı, həmçinin avqustun əvvəlində Azərbaycanın növbəti dəfə atəşkəs rejimini pozması göstərilib.

İddia olunur ki, bu gün - avqustun 23-də səhər Xankəndindəki üzdəniraq qondarma "parlament"in 5 fraksiyasının rəhbərlərinin Rusiya “sülhməramlı” qüvvələrinin rəhbərliyi ilə görüşü baş tutub.

Mediainfo.az xəbər verir ki, bu haqda məlumat separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın "Facebook" səhifəsində yayılıb.

“Görüş zamanı Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin rəsmiləri tərəfindən qeyd olunan məsələlərlə bağlı izahatlar verilib. Xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunduğu kimi yeni marşrutun eyni dəhliz statusuna malik olacağı və 5 kilometrlik təhlükəsizlik zonasından başlayaraq və Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqələri yerləşdirilməklə bütün təhlükəsizlik komponentlərinin qorunub saxlanılacağı bildirilib.

Son hadisələrə gəlincə, Rusiya "sülhməramlı" qüvvələrinin komandanlığı avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edib, eyni zamanda gələcəkdə belə pozuntuların qarşısının alınması və erməni əhalinin təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün əlavə səylər göstərəcəklərinə əmin edib”- erməni saytlarının yaydığı xəbərdə belə deyilir.

Zəruri şərh:

İnanaq ki, erməni mənbələrinin yaydığı bu məlumatlar, sadəcə, dezinformasiyadır və Azərbaycan dövləti Rusiya və Ermənistan tərəfinin təkidlərinə rəğmən alternativ Laçın yolunun dəhliz statusu almasına imkan verməyəcək və həmin yol istisna olmaqla Laçın rayonunun bütün yaşayış məntəqələri ordumuzun tam nəzarətində qalacaq…

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az