Şoyqu daha Putin tərəfindən himayə edilmir: Rusiya ordusu kim tərəfindən idarə edilir?

Şoyqu daha Putin tərəfindən himayə edilmir: Rusiya ordusu kim tərəfindən idarə edilir?

"Hər şey plan üzrə getmədiyindən, blitskriq alınmadığından, qoşunlar böyük itkilərə məruz qaldığından Şoyqu prezidentin etimadını itirib"

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya xüsusi diqqət nümayiş etdirib.

Onlar dəfələrlə məzuniyyətlərini birgə keçirib, gələcək hücumun planlarını müzakirə edib.

Mediainfo.az xəbər verir ki, bu barədə tədqiqat layihəsi olan "Vajnıye istorii" ("Mühüm tarixçələr") nəşri yazıb.

Mənbələrə istinadən nəşr yazır ki, Şoyqu Putinə Ukraynada qarşıya qoyulan bütün vəzifələrə Rusiya ordusunda müqavilə üzrə xidmət edən hərbçilərin qüvvələri və qısa müdddətdə həll ediləcəyini vəd edib.

Lakin hər şey plan üzrə getmədiyindən, blitskriq alınmadığından, qoşunlar böyük itkilərə məruz qaldığından Şoyqu prezidentin etimadını itirib.

Buna səbəb təkcə hərbi uğursuzluqlar deyil, həm də Putinə verilən raport və hesabatlarda həqiqətə uyğun olmayan məlumatlardır.

"Müharibə başlamazdan öncə prezidentə Ukraynadakı vəziyyət barədə onun eşitmək istədiyini çatdıran, Kiyev hakimiyyətinin dayanıqsız olması, Ukrayna regionlarının imkan verilən kimi ondan üz döndərib Moskvaya dəstək verəcəyi barədə dezinformasiya verən təkcə FTX olmayıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi (hərbi kəşfiyyat) də Ali Baş Komandana Ukraynadakı vəziyyət barədə onun anladıqlarına zidd olmayan məlumatlar verib", - "Mühüm tarixçələr" yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, Putin Ukrayna cəbhəsindəki gerçək vəziyyət barədə gizlədilməsi mümkün olmayan problemlər üzə çıxdıqca məlumat əldə edib.

O, özü vəziyyəti xilas etməyə cəhd edərək, şəxsən qoşunları hərəkətə gətirib. Lakin tezliklə anlayıb ki, bu yolla heç nəyi düzəltmək mümkün deyil və Şoyqudan yan keçməklə, Suriyada və digər qaynar nöqtələrdə döyüş şəraitində rəhbərlik təcrübəsi olan generallarla məsləhətləşmələrə başlayıb.

Beləliklə, Putin praktiklərə stavka edib. Bu zaman o, anladıb ki, birbaşa Şoyqunun tabeçiliyində olanlarla ünsiyyətdədir və bu vəziyyətdə müdafiə nazirinin hansı rol oynadığı aydın deyil.

Putinlə Şoyqunun münasibətləri o qədər dəyişib ki, müdafiə nazirinin hərbçilərin zəruri hesab etdiyi qərarlarda təkid etməyə cəsarət etmir.

Mənbələrin məlumatına görə, böyük pullar hesabına Şoyqunun adamları piarçıları cəlb edərək, Rusiyanın ən iri KİV-lərində analitik materiallar dərc edib, səfərbərliyin zəruliyi barədə inandırıcı dəlillər gətirib.

Stavka ona edilib ki, lazım olan "analitika" Putinin masası üstünə düşə bilər və onda səfərbərlik barədə fikir yarana bilər. Lakin bu taktika hələ də heç bir nəticə verməyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az