Almaniya Rusiya ordusunun fərarilərinə və Putin rejiminin əleyhdarlarına sığınacaq verəcək

Almaniya  Rusiya ordusunun fərarilərinə və Putin rejiminin əleyhdarlarına sığınacaq verəcək

Almaniyanın daxili işlər naziri Nensi Fayzer Almaniya hakimiyyətinin Rusiya ordusundan fərariləri və Putin rejiminin əleyhdarlarını qəbul etməyə hazır olduğunu bildirib.

Mediainfo.az "Frankfurter Allgemeine Sonntagszeitung"a istinadla xəbər verir ki, bundan əvvəl o, orduda xidmətdən imtina və fərariliyi Rusiya vətəndaşlarının müdafiəsi üçün əsas olmadığını demişdi.

Nensi Fayzer vurğulayıb: “Bir qayda olaraq, ağır repressiyalarla təhdid edilən fərarilər Almaniyada beynəlxalq müdafiə alırlar. Putin rejiminə cəsarətlə qarşı çıxan və özünü böyük təhlükəyə atan hər kəs siyasi təqiblərə görə Almaniyadan sığınacaq ala bilər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az