Ukrayna prezidentindən Qafqaz xalqlarına ŞOK MÜRACİƏT - VİDEO

Ukrayna prezidentindən Qafqaz xalqlarına ŞOK MÜRACİƏT - VİDEO

"Həqiqətə qarşı silah qaldıran hər kəs onu öz ölümünə qaldırır..."

"Bax, bu, xüsusi əməliyyatdır: yalan, terror, köklü xalqların məhv edilməsi üzrə xüsusi əməliyyat!.."

"Mübarizə aparın ki, həlak olmayasınız, öz azadlığınızı küçələrdə və meydanlarda müdafiə edin!.."

"Biz öz torpağımızdayıq, həqiqət bizim tərəfimizdədir, bütün sivil dünya bizimlədir..."

"Saxta referendumlar, tanınmalar və ilhaqlar haqqında yalan Rusiya üçün daha böyük rüsvayçılıqla sona yetəcək..."

"Artıq 218 gündür ki, biz raketləri və adamları bizdən çox olan, lakin ləyaqətdən məhrum olanlardan özümüzü müdafiə edirik..."

"Kimin sizin üçün əsl rəmz, əsl qəhrəman, tarixinizin qüruru olduğunu anlamalısınız".

Ukrayna prezidenti Vladimir Zelenski Qafqaz xalqlarına müraciətində Rusiyanın Ukraynada törətdiyi rüsvayçı müharibədə iştirak etməməyə çağırış edib.

Mediainfo.az oxucuların marağını nəzərə alaraq, müraciətin tam mətninin tərcüməsini təqdim edir.

"Qafqaz xalqları!

Mən hazırda Kiyevin o hissəsindəyəm ki, 1860-cı illərdə Dağıstanın və bütün Qafqazın qəhrəmanı İmam Şamil yaşayıb.

Gördüyünüz kimi, Ukrayna öz qəhrəmanlarının xatirəsini yad etməyi bacarır.

Biz xalqlarımızın mədəniyyətlərini birləşdirən yerlərin xatirəsini qoruyub saxlayırıq. Bura paytaxtımızın düz mərkəzidir. Rusiya hakimiyyətinin raketlər, bombalar və qoşunlar göndərdiyi yüzlərlə Ukrayna şəhərlərindən biridir. Qafqaz bunun nə olduğunu bilir. Qafqaz bunu görüb.

Artıq 218 gündür ki, biz raketləri və adamları bizdən çox olanlardan, lakin ləyaqətdən məhrum olanlardan özümüzü müdafiə edirik.

Bu, Rusiya tərəfindən törədilən xəyanətkar və cinəyatkar müharibədir. Və biz öz insanlarımızı və Ukraynanın müstəqilliyini qorumaq üçün hər şey edirik. Bu bizim müqəddəs vəzifə və borcumuzdur. Valideynlər qarşısında, övladlarımız qarşısında borcumuzdur. Bu, xalqımızın bütün nəsillərinin torpağımızda indiyə qədər yaşamış və bundan sonra yaşayacaq nəsillər qarşısında borcumuzdur. Bizə yadların heç nəyi lazım deyil.

Ukraynada artıq 58, 5 min rus əsgəri həlak olub. Onlar bizi öldürməyə gələrkən həlak olub. Sizə bu rəqəmi demirlər, sizə deyirlər ki, guya 6 minədək adam həlak olub. 58, 5! Həqiqət budur. Onlar ona görə həlak olublar ki, bu müharibəni bir nəfər istəyib, yalnız bir nəfər və ona çoxları qulluq edir.

Qafqaz xalqları!

Rusiyanın ərazisində yaşayan bütün xalqlar! Sizin bu müharibəni istəyən tək bir adama xidmət edən çoxsaylı insanlar arasında olmağınız üçün bircə səbəbiniz yoxdur. Siz Ukraynada həlak olmamalısız. Sizin övladlarınız Ukraynada həlak olmamalıdır. Sizin belə öhdəliyiniz və borcunuz yoxdur. Nə atalarınız, nə övladlarınız, nə gələcəyiniz, nə də öz torpağınızın gələcyi qarşısında belə öhdəliyiniz və borcunuz yoxdur və siz bunu bilirsiniz.

Biz görürük ki, siz Rusiya hakimiyyətini özünün iflasını ört-basdır edən cinayətkar səfərbərliyə qarşı müqavimət göstərirsiniz. Onun nizami ordusunun, özünün cinayətkar əmrlərinin iflasını ört-basdır edən səfərbərliyə qarşı müqavimət göstərirsiniz. Bunların olmasını sizdən gizlədirlər.

Rusiya üçün bu mənasız müharibəyə son qoymaq əvəzinə, Rusiya hakimiyyəti həlak olanların yerinə yeni insanlar göndərməyə cəhd göstərir. Onların hamısını nə gözləyir, bunun cavabını da bilirsiniz.

Ukrayna bizə qarşı törədilən bu müharibədə müdafiə olunmaqda davam edəcək və qalib gələcəkdir. Çünki biz öz torpağımızdayıq, həqiqət bizim tərəfimizdədir. Bütün sivil dünya bizimlədir. Biz planetimizdə hər bir insan üçün həqiqət olan həyat və azadlıq uğrunda, bütün ailələrimizin, bütün övladlarımızın xoşbəxtliyi uğrunda mübarizə aparırıq.

Rusiya təklənib və artıq təcrid edilib və bu müharubəyə görə pisləniləcəkdir.

"Həqiqətə qarşı silah qaldıran hər kəs bunu öz ölümünə qaldırır",- görünür, İmam Şamilin bu sözlərini Kremldə bilmirlər. Amma bu sözləri Qafqazda bilməli, onları Sibirdə və insanların bu müharibəyə göndərilən bütün torpaqlarda eşitməlidirlər.

İndi isə səfərbərlikdir. Həlak olmamaq üçün mübarizə aparın. Küçələrdə və meydnlarda indi özünüzü, öz azadlığınızı qoruyun ki, sonradan dağlarda və meşələrdə yaşamaq hüquqnuz uğrunda döyüşmək lazım gəlməsin. O zaman Rusiya hakimiyyəti səfərbərliyin növbəti dalğasını başladacaq.

Siz inanırsınız ki, yalnız 300 min nəfəri səfərbər edəcəklər? Bu müharibəni başladan tək bir adam səfərbərliyin birinci dalğası ilə kifayətlənməyəcək, yeniləri olacaq. O, başqa həyatlara da son qoymağa cəhd edəcək.

Onun insanlar heç vecinə deyil. O, nə canlılara, nə də ölülərə hörmət edir.

Ukraynada müxtəlif regionlardan həlak olan Rusiya əsgərlərinin minlərlə cəsədi var. Onlar meydanlarda çürüyür, meyitxanalarda saxlanılır. Bunlar Rusiya ordusunun özünün yandırmadığı cəsədlərdir. Rusiya ordusu dünyada yeganə ordudur ki, özü ilə mobil krematorium gəzdirir ki, imkan daxilində həlak olmuş əsgərlərinin cəsədlərindən yaxa qurtarsın. Amma indi bu ordu elə qaçır ki, nəinki ölənlərin cəsədlərini, hətta öz tankları və artelleriyasını qoyub qaçır.

Siz düşünün ki, vəziyyət hansı həddə çatıb. Biz bü gün səfərbər edilən Rusiya vətəndaşlarına xüsusi tezisi çatdırmaq üçün informasiya işinə başlamağa məcburuq.

Siz heç olmasa adınız və soyadınızdan bədəninizə döymə edin ki, sizi öldürəndə və hətta əsgər jetonunuz olmayanda, biz sizin doğmalarınızı tapa bilək.

Rusiya hakimiyyəti bu müharibəyə insanları əsgər jetonu olmadan və sənədsiz göndərir! Onlar bunu qəsdən edir ki, burada əslində nə qədər insanın həlak olması haqqında sizə yalan danışa bilsinlər. Bax, bu xüsusi əməliyyatdır. Yalan, terror, köklü xalqların məhv edilməsi üzrə xususi əməliyyyat!

Cinayətkar səfərbərliyin ilk həftəsində Rusiya hakimiyyətinin müharibəyə rəsmən göndərmək istədiyindən çox kişi Rusiyadan qaçıb. Kreml buna necə münasibət göstərir? Rusiya sərhədinə Rusiyanın öz vətəndaşlarına qarşı əsgərlərini göndərir! Bu, rüsvayçılıqdır!

Hansısa saxta referendumlar, saxta tanınmalar və ilhaqlar haqqında yalan Rusiya üçün daha böyük rüsvayçılıqla sona yetəcək.

Heç kim bu biyabırçı müharibədə iştirak etməməlidir. Dağıstanlılar Ukraynada həlak olmamalıdır. Çeçenlər, inquşlar, osetinlər, çərkəzlər və Rusiya bayrağı altında olan istənilən xalq bu müharibədə ölməməlidir. Bunlar 200 müxtəlif xalqlardır... Siz bilirsiniz ki, onları Ukraynaya kim göndərir. Siz bilirsiniz ki, onları kim göndərir və "200 saylı yük" ə çevirmək istəyir.

Siz bunu istəyirsiniz? İstəmirsiniz? Mən əminəm ki, siz yaşamaq istəyirsiz. Mən əminəm ki; siz yalandan yorulmusunuz. Mən əminəm ki, siz indi mübarizə aparmağın lazım olduğunu bilirsiniz.

Rusiya vətəndaşlarını müharibəyə göndərmək üçün onları qəsdən səfalətə, kreditlərə sövq edir, insanları represiya ilə qorxudur, təbliğatla beyinlərini zəhərləyirlər. Siz bunu dəyişə bilrəsiniz. Bunun üçün kimin sizin üçün əsl rəmz olduğunu, əsl qəhrəman olduğunu, tarixinizin qüruru olduğunu, kimin sizdən, sadəcə, istifadə etdiyini anlamalısınız. Mübarizə aparın və qalib gəlin!"

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az