Rusiyada tuthatut başlayıb – Küçələrdə çağırış vərəqələri paylanır

Rusiyada tuthatut başlayıb  – Küçələrdə çağırış vərəqələri paylanır

Putinin “qismən səfərbərlik” qərarından sonra Rusiyadakı hərbi komissarlıqlar “planı” doldurmaq üçün nə qədər çalışsalar da, ciddi çətinliklərlə üzləşirlər.

Mediainfo.az xəbər verir ki, səfərbərliyə cəlb olunmalı olan rusların böyük əksəriyyəti müxtəlif yollarla orduya qatılıb, Ukraynada döyüşməkdən yayınırlar. Kimisi ölkəni, kimisi yaşayış yerini tərk edərək, səfərbərlikdən qaçmağa çalışır. Bu səbəbdən hərbi komissarlıqlar və polis insanları küçədə, yaşayış binalarının giriş qapılarında, avtobus dayanacaqlarında, metro stansiyalarının girişində və s. saxlayaraq, onlara çağırış vərəqəsi təqdim edirlər. Bir çox hallarda isə vətəndaşlar birbaşa hərbi komissarlıqlara aparılaraq, hərbi səfərbərliyə cəlb olunurlar.

“AzPolitika.info” xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə Rusiyanın bir çox şəhərlərində vətəndaşlara küçədə saxlanılaraq, çağırış vərəqələri verilməsinə, eləcə də avtobuslara doldurularaq, hərbi komissarlıqlara aparılmasına dair çoxsaylı videolar, fotolar yayılıb. Bir çox videolarda əhalinin bu tədbirlərə etiraz etdiyi də yer alıb.

“AzPolitika.info”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az