Xerson istiqamətində ağır döyüşlər gedir: Kreml təbliğatçıları həyəcan təbili çalır

Xerson istiqamətində ağır döyüşlər gedir: Kreml təbliğatçıları həyəcan təbili çalır

“Xerson istiqamətində ağır döyüşlər gedir”.

Mediainfo.az xəbər verir ki, bu gün Kremlə yaxın əksər “telegram” kanalları və hərbi müxbirlərin paylaşımları məhz bu cümlə ilə başlayır.

Onlar bildirirlər ki, cəbhədən gələn məlumatlar Ukrayna tərəfinin indiyə qədər görünməmiş güclü artilleriya zərbələri endirdiyini deməyə əsas verir: “Dudçanı-Milovoye istiqamətində Uykrayna Silahlı Qüvvələrinin hücumu. Ağır döyüşlər gedir. Təxminən iki batalyon bu istiqamətdə hücuma keçib...”

Hücumla bağlı Ukrayna tərəfi rəsmi məlumat yaymasa da, sözügedən bölgədəki Ukrayna hərbçiləri də güclü artilleriya hücumunun olduğunu və böyük ehtimalla geniş miqyaslı hücuma başlandığını bildirirlər. Ukrayna mətbuatında yayımlanan ukraynalı hərbçilərdən birinin paylaşımında deyilir: “Əsl hücumdur. Əclafları Dneprə sıxışdırırıq. Hələ indiyə qədər bir vaxt kəsimində bu qədər atəş açılmasını görməmişdim. Heç vaxt aviasiya da daxil olmaqla, bu qədər hərbi texnika görməmişəm. Berislava qədər 4 yaşayış məntəqəsi var”.

Xatırladaq ki, artıq bir neçə aydır rus ordusunun Xerson şəhərindəki qruplaşması çətin duruma düşüb. Dnepr üzərindəki körpülərin partladılması səbəbindən rus qoşunlarının təchizatında ciddi problemlər yaşanır. İngiltərənin “The Times” qəzeti artıq gələn həftə Ukraynanın Xersonu azad edə biləcəyinə dair xəbər yayıb. Əksər hərbi ekspertlər isə uzağı noyabrın 15-ə qədər Xersonun azad ediləcəyini proqnozlaşdırırlar. AzPolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az