Rusiya Zaporojyeni “S-300” raketləri və İran dronları ilə vurdu - Böyük dağıntılar var...

Rusiya Zaporojyeni “S-300” raketləri və İran dronları ilə vurdu - Böyük dağıntılar var...

Oktyabrın 15-də Rusiya ordusunun yenidən Ukraynanın Zaporojye şəhərini kamikadze pilotsuz uçan aparatlar və raketlərlə atəşə tutduğu bildirilir.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna rəsmi qurumları məlumat yayıb.

Hücumdan sonra şəhərdə yanğınlar baş verdiyi, infrastruktur obyektlərinə və 30-dan artıq yaşayış binasına ziyan dəydiyi bildirilir.

Yerli rəsmi qurumların ilkin məlumatlarında insan təlafatının olmadığı bildirilir.

Zaporojye vilayətinin başçısı Aleksandr Staruxun dediyinə görə, gecə saatlarında İranın Şahed-136 PUA kamikadzeləri Zaporojyeni 4 dəfə vurub, səhər isə şəhərə daha on “S-300 “raketi atılıb.

Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev hücum nəticəsində zərər çəkən obyektlərin siyahısını açıqlayıb. Onun dediyinə görə, ümumilikdə 21 yaşayış binasına, 15 fərdi yaşayış evinə, təhsil müəssisəsi və avtomobil dayanacağına ziyan dəyib.

Zaporojye vilayətinin bir hissəsi, o cümlədən mərkəzi - Zaporojye şəhəri Ukraynanın nəzarəti altındadır. Sentyabrın sonundan Zaporojye dəfələrlə atəşə tutulub. Hücumlar nəticəsində azı 70 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb, evlərə və infrastruktura ziyan dəyib.

Oktyabrın 17-də Avropa İttifaqı xarici işlər nazirləri İranın Rusiyaya kamikadze pilotsuz təyyarələr tədarükünü və buna cavab olaraq potensial sanksiyaları müzakirə etməyi planlaşdırır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az