Tacikistan prezidenti də Putinə etiraz etdi- "Bizə keçmiş SSRİ ölkələri kimi yanaşmayın!"

Tacikistan prezidenti də Putinə etiraz etdi- "Bizə keçmiş SSRİ ölkələri kimi yanaşmayın!"

Ukraynaya qarşı işğalçı müharibədə ard-arda məğlubiyyətlər yaşayan Rusiya Prezidenti Vladimir Putin postosvet ölkələri rəhbərləinin də qınaq mənbəyinə çevrilib. Son vaxtlar müxtəlif formatlarda keçirilən tədbirlərdə həmkarlarının Putinin dəvətlərinə gəlməməsi və yaxud ona nümayişkəranə etiraz etmələri hallarının artması onun MDB məkanında da nüfuzunu itirdiyini göstərir.

Mediainfo.az xəbər verir ki, oktyabrın 13-də Astanada keçirilən MDM dövlət başçılarının zirvə görüşündə Tacikistan Prezidenti Emomali Rahmon da Putinə etiraz etməyə özündə cürət tapıb.

Rahmon çıxışında deyib: "Hörmətli prezident, xahiş edirəm Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ ölkələri kimi yanaşmayın!

Biz harada və nəyi səhv etmişik? Harada və kiminlə "salamlaşmadıq"? Biz həmişə əsas strateji tərəfdaşımızın maraqlarına hörmətlə yanaşmışıq, lakin bizə də hörmət olunmasını istəyirik. Biz Afrika ölkələri ilə bərabər bir növ əcnəbiyikmi? Mən sadəcə xahiş etmək istəyirəm ki, Mərkəzi Asiya ölkələrinə qarşı keçmiş Sovet İttifaqı kimi siyasət yürüdülməsin. Hər ölkənin öz problemləri, öz sualları, öz adət-ənənələri var. Qızıl orta tapıb, respublikaların hər biri ilə ayrıca işləmək lazımdır. Bəli, biz kiçik millətik, biz 100-200 milyon deyilik. Amma bizim tariximiz, mədəniyyətimiz var, biz insanlarıq, bizə hörmət edilməsini istəyirik".

Qeyd edək ki, Tacikistan MDB-də Rusiyanın Ermənistandan sonra ikinci forpostu sayılır. Bu ölkənin ərazisində çoxminlik Rusiya hərbi bazası mövcuddur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az