Avropada yeni müstəqil dövlət yarana bilər – Kritik qərar

Avropada yeni müstəqil dövlət yarana bilər – Kritik qərar

Şotlandiya regional hökumətinin baş naziri Nikola Sterdcen ölkəsinin İngiltərədən müstəqillik qazanacağı təqdirdə yeni şotland funtunun ən qısa vaxtda dövriyyəyə buraxılacağını açıqlayıb.

Mediainfo.az xəbər verir ki, baş nazir Şotlandiyanın pul vahidinin hazırlanması üçün konkret təqvimin hələ müəyyən edilmədiyini, amma İngiltərə funtunun istifadə müddətinin qısa olacağını və yeri gələndə öz valyutalarını dövriyyəyə buraxacaqlarını deyib.

“Şotlandiya funtunu qəbul etmək siyasətinə keçməzdən əvvəl bir müddət funt-sterlinqdən istifadəni tövsiyə edirik. Maliyyə siyasətinin bir çox aspektləri İngiltərə Mərkəzi Bankı tərəfindən müəyyən olunmağa davam edəcək”, - Sterdcen bildirib.

O, həmçinin Şotlandiyada maliyyə sabitliyinə və monetar və iqtisadi şəraitə nəzarətə cavabdeh olan müstəqil Şotlandiya Mərkəzi Bankı yaradılacağını da açıqlayıb.

Şotlandiya lideri müstəqillik əldə etdikdən sonra Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq üçün də çalışacaqlarını vurğulayıb.

Nikola Sterdcen bundan əvvəlki açıqlamasında bildirib ki, Şotlandiyanın İngiltərədən müstəqillik əldə etməsi üçün ikinci referendum 19 oktyabr 2023-cü il tarixində keçirilə bilər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az