“Qirkin - Haaqa müştərisidir” – Budanov

“Qirkin - Haaqa müştərisidir” – Budanov

Terrorçu İqor Strelkov-Qirkin artıq Ukraynanın işğal olunmuş ərazisindədir.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin başçısı Kirill Budanov «Orestokratiya»ya müsahibəsində bəyan edib .

«Onun olduğu yerlərdən biri bizə məlumdur. O, artıq Ukraynanın işğal olunmuş ərazisindədir» - Budanov cavab verib.

Qirkinin Ukrayna əsirliyinə verilməsi üçün BKİ 100 min dollar mükafat təklif edir. Budanov qeyd edib ki, artıq elan olunmuş telefon nömrəsilə bir neçə tam real təklif daxil olub.

Baş kəşfiyyatçı izah edib ki, Qirkin üçün o qədər də yüksək mükafat elan olunmayıb, axı o, qiymətli əsir, beynəlxalq məhkəmə üçün «mühüm informasiya daşıyıcısıdır».

«O, necə deyərlər, «Haaqa müştərisi»dir» - Budanov qeyd edib.AzPolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az