
Ermənistan sərhəddə fəailiyyət göstərən AB-nin missiyasında Azərbaycanın “təcavüzkar” fəaliyyətləri barədə rəy yaratmaq istəyir.
Mediainfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Azərbaycanla sərhəddə hərbi texnika və canlı qüvvə yığması haqda danışarkən Axar.az-a açıqlamasında deyib.
“Dəfələrlə ağır məğlubiyyətə məruz qalan ermənilərin Azərbaycanla sərhədə silah, texnika və canlı heyət cəmləşdirməsi işğalçı ölkənin ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini nümayiş etdirir.
Lakin Ermənistan tərəfinin hansı məqsəd güddüyü bizi maraqlandırmır. Azərbaycan Ordusu hərbiçilərimizin təhlükəsizliyini təmin etmək üçün düşmənin sərhədə yaxın yerləşdirdiyi silah və texniklarını tamamilə zərərsizləşdirməlidir”, - ekspert bildirib.