
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər.
Mediainfo.az xəbər verir ki, birgə bəyanatda deyilir: “Üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaratmaq, tələb-müəllim və təcrübə mübadiləsinə kömək ediləcək”.
****
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.