“İranda aksiyaların qızışdırılması Ermənistan vasitəsilə həyata keçirilir”

“İranda aksiyaların qızışdırılması Ermənistan vasitəsilə həyata keçirilir”

“Hər bir dövlətin öz ərazisində hərbi təlim keçmək haqqı var. Bu, müstəsna hüququdur ki, hərbisinin təkmilləşdirilməsi üçün tədbir keçirsin”.

Mediainfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Azad Məsiyev Yenisabah.az-a açıqlamasında deyib.

O, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimləri şərh edib:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onun ərazisindən İranın daxili işinə qarışacaq üçüncü dövlətin fəaliyyətinə icazə verilməyəcək. İranı narahat edən məsələ isə budur ki, Azərbaycan İsraillə əməkdaşlıq edir. Əslində, İsraillə Azərbaycan arasındakı əməkdaşlıq İranın əleyhinə yönəlməyib. Azərbaycanın müstəqil hüququdur ki, istədiyi bir dövlətlə iqtisadi və siyasi əməkdaşlığı həyata keçirsin, o cümlədən İranla da bu cür əməkdaşlıq edirik”.

A. Məsiyev deyib ki, son vaxtlar İranın Zəngəzur dəhlizi ilə əlaqədar narahatlığı başadüşülən deyil:

“Zəngəzur məsələsi üç dövlət – Azərbaycan, Ermənistan, Rusiya arasında bağlanmış 10 noyabr 2020-ci il sazişinə görə, gündəmə gəlib. Bu, məhz Ermənistan tərəfinin üzərinə götürdüyü bir öhdəlikdir və əslində, bu öhdəlik İran tərəfini narahat etməməlidir.

10 noyabr bəyanatına əsasən, Ermənistandan Xankəndinə gələn insanlar üçün Laçın dəhlizini vermişik. Onda ermənilərə Laçın dəhlizinə İran tərəfi niyə narazılıq etmədi? Hesab edirəm ki, İranın tutduğu mövqedə ədalətsizlik var”.

Müsahibimiz aydınlaşdırıb ki, Zəngəzur dəhlizi təkcə Naxçıvan-Azəbaycan dəhlizi yox, eləcə də beynəlxalq statuslu bir dəhliz olacaq:

“Həm İran, həm Türkiyə, həm də Rusiyanın iqtisadi-siyasi maraqları var. Ona görə də Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərdə İran tərəfinin narahatlığına heç bir əsas yoxdur. O qonşumuzdur, İranla 765 km-lik sərhədimiz var. Ermənistanla isə İranın 44 km. sərhədi mövcuddur.

Azərbaycan heç vaxt üçüncü dövlətə izin verməyəcək ki, İranın daxili işinə qarışsın. Amma bu gün İranın daxili işinə qarışacaq yeganə ölkə – Ermənistan var.

ABŞ-ın İrəvandakı diplomatik korpusunda 2 mindən artıq insan fəaliyyət göstərir. Həmin adamların haradasa 50%-i CIA-yə işləyir. ABŞ isə İranı özünə düşmən elan edib. Hətta bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan məhz ABŞ-ın kadrıdır və CIA rəhbəri və mütəxəssisləri mütəmadi olaraq Ermənistana gəlib-gedirlər. Ermənistanın vasitəsilə İranın daxili işinə qarışacaq müəyyən manevrlər gedir. Son vaxtlar İranda baş verən hadisələrin qızışdırılması da Ermənistan vasitəsilə həyata keçirilir. İranın daxili işlərinə Azərbaycandan yox, Ermənistandan müdaxilə daha çox gözlənilə bilər”.

Siyasi şərhçi hesab edir ki, İran-Azərbaycan münasibətlərinin dövlət səviyyəsində inkişaf etməsi hər 2 dövlətin maraqlarına uyğundur:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regionun inkişafı və tərəqqisi üçün “3+3” formatı təklifi var idi və bu formatın inkişafında həm İran, həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya maraqlıdır. Sadəcə olaraq, layihənin həyata keçirilməsinə mane olan qüvvələrdən biri Ermənistan, qismən də Gürcüstan olub. Amma bölgənin inkişafı üçün Azərbaycan və İran arasındakı məsləhətləşmələr inkişaf etməlidir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az