“TAYFUN” RAKETİNİN SINAĞINDAKI 561-in SİRRİ – Yunanıstana şifrəli mesaj

“TAYFUN” RAKETİNİN SINAĞINDAKI 561-in SİRRİ – Yunanıstana şifrəli mesaj

Xəbər verildiyi kimi, bir neçə gün öncə Türkiyənin "ROKETSAN" şirkətinin istehsalı olan "Tayfun" raketinin sınaq atışları həyata keçirilib. Sözügedən raket atıldığı gündən bu hadisə yunan mətbuatında böyük rezonansa səbəb olub.

Mediainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə “Tayfun” raketinin sınaq atışları altında Yunanıstana bir sıra gizli mesajlar verib. Xəbərdə qeyd olunur ki, ilk diqqət çəkən məqam Trabzon İmperatorluğunun süqutuyla bağlıdır. Belə ki, 7-ci Osmanlı Sultanı Fatih Mehmet 1461-ci ildə o dönəm yunan imperatorluğu kimi tanınan Trabzonu fəth edərək, Osmanlının torpaqlarına qatmışdı. Burada diqqət çəkən məqam 1461-ci illə bağlıdır. Hazırda içində olduğumuz il 2022-ci ildir. İki il arasındakı fərq 561-dir. Sınaq atışlarında isə “Tayfun” raketi məhz 561 kilometr uzaqlıqdakı hədəfləri uğurla vurub. Eyni zamanda İstanbulla Afina arasındakı məsafə də 561 kilometrdir. Həmçinin "Tayfun" raketi Rizənin Pazar rayonundan atılıb. Pazar şəhəri isə yunanca "Afina" kimi tərcümə olunur.

Bu mesajlardan sonra beynəlxalq KİV-lərdə "Türkiyədən Yunanıstana növbəti xəbərdarlıq" kimi manşetlər atılıb.Azpolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az