Əliyev, Putin və Paşinyan yenə görüşəcək

Əliyev, Putin və Paşinyan yenə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər.

Mediainfo.az xəbər verir ki, “Vedomosti” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, görüşlə bağlı işlər Putinin oktyabrın 14-də Astanada MDB sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu barışdırıcı çıxışından sonra başlayıb.

“Vedomosti”nin digər mənbəsinin məlumatına görə isə görüş oktyabrın sonuncu günündə keçiriləcək və görüş üçün əsas yerlər Moskva və ya Soçi hesab olunur.

“Çox güman ki, Soçinin üzərində dayanılacaq”, - məlumatda qeyd olunub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az