İranın Azərbaycana hücum kanalları - Siyahı

İranın Azərbaycana hücum kanalları - Siyahı

İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: Feysbuk, Teleqram, İnstaqram, Yutub sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir.

Mediainfo.az xəbər verir ki, bu barədə Axar.az-da gedən yazıda qeyd edilir. Bildirilir ki, bu siyasət əsasən iki istiqamətdə aparılır:

Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin antiislam imicini formalaşdırmaq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərmək və İranı “xilaskar” kimi təqdim etmək.

İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir: “Huseyniyyun” qruplaşmasının üzvləri - Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləri;

Şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının sayı onlarladır, xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyətini geniş şəkildə qurublar:

Yutub platformasında kanalları:

1. “Müsəlman xalq” – “Azərbaycan araşdırma mərkəzi”;

2. “Az-Rad TV”;

3. “Kərimə dövləti”;

4. “Həqiqətləri bil”;

5. “Əmmar Media”;

6. “Əli Aşiqləri_313”;

7. “Virtual müqavimət”;

8. “Huseyniyyun TV”;

9. “HİCAB.AZ313”;

10. “Yağlı Xəbər Plus”;

Feysbuk platforması:

1. “Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları;

2. “İslam-Eşq Dini” səhifəsi

3. “Həqiqətləri bil” səhifəsi;

4. “Azeri İslam Group”;

5. “Kərimə dövləti” səhifəsi.

Və müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat aparırlar. Şəbəkə İnstaqram və Teleqramdan da aktiv iştirak edir. Yutub və Feysbukda yaradılan səhifələrin, kanalların İnstaqram və Teleqram kanalları da mövcuddur.Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az