Dədə Süleymanın oğlu danışdı: “Evi Nanəyə vəsiyyət etməsi haqda deyilənlər...”

Dədə Süleymanın oğlu danışdı: “Evi Nanəyə vəsiyyət etməsi haqda deyilənlər...”

Bir neçə gün öncə 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəsiyyəti müzakirələrə səbəb oldu.

Belə ki, onun aparıcı Nanə Ağamalıyevaya evini vəsiyyət etməsini pərəstişkarlarından bəziləri qeyri-real hesab edib.

Mediainfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçinin oğlu Cümşüd Abdullayev sözügedən vəsiyyətin doğru olduğunu bildirib:

“Atamın vəsiyyəti realdır. İnşallah, 40 mərasimindən sonra vəsiyyəti tam dəqiq açıqlayacağam, indi açıqlamaq istəmirəm.

Amma Prezidentin bağışladığı evi mənə verib. Bu vəsiyyəti rəsmi şəkildə deyil, sözlə deyib, bizlə sözlə deyilir.

Aparıcı Nanə Ağamalıyevaya Füzulidəki evi verməsi də doğrudur. Nanə xanım Azərbaycanın xalq səslərini hər zaman diqqətdə saxlayıb təqdim etdiyinə görə, ona öz qızı kimi yanaşıb və evini ona bağışlayıb.

Hazırda Füzulidə ev yoxdur, amma inşallah, olacaq. İndi orada bir ev belə yoxdur. Vəsiyyəti ilə bağlı geniş açıqlamanı 40-dan sonra verəcəyəm”.

Xatırladaq ki, sənətçinin qızı Aygün Abdullayeva atasının üç vəsiyyətini açıqlamışdı:

“Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm. İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.

Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az