Ukrayna ordusu rusların 3 döyüş sursatı anbarını və 6 digər mühüm hərbi obyektini darmadağın edib

Ukrayna ordusu rusların 3 döyüş sursatı anbarını və 6 digər mühüm hərbi obyektini darmadağın edib

Ukrayna Silahlı Qüvvələri bir gün ərzində 7 yaşayış məntəqəsinin ərazilərində rus ordusunun hücumunu dayandırıb.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb:

“Müdafiə qüvvələrinin bölmələri bir sutka ərzində Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Baxmut, İvanqrad, Soledar, Mayorsk, Krasnoxorovka və Maryinka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”.

Baş Qərargah həmçinin Hərbi Hava Qüvvələrinin son sutka ərzində 5 zərbə endirdiyini bildirib. Düşmənin canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazinin, 3 dayaq məntəqəsinin və zenit-raket kompleksi zərbələrin əsas hədəfi olub.

“Ötən gün hava hücumundan müdafiə bölmələri düşmənə məxsus Ka-52 helikopterini, bir Kh-59 raketini və 17 hücum PUA-sını vurub”, - Baş Qərargah bəyan edib.

Raket qoşunları və artilleriya bölmələrinin əsgərləri gün ərzində düşmənin 4 idarəetmə məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 8 məntəqəni, 3 döyüş sursatı anbarını və 6 digər mühüm hərbi obyektini darmadağın edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az