Ermənistan parlamentində qətliam... - 23 il ötdü

Ermənistan parlamentində qətliam... - 23 il ötdü

Bu gün Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də törədilən terror aktının 23-cü ildönümüdür.

Mediainfo.az xatırladır ki, 23 il əvvəl baş verən terror aktı nəticəsində Ermənistan parlamentinin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, Milli Assambleyanın sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlardan Mikayel Kotanyan, Henrix Abramyan, Armenak Armenakyan və baş nazirin müavini vəzifəsini icra edən Leonard Petrosyan öldürülüb.

Parlamentdə terror aktını törədən silahlı qrupa Nairi Hunanyan rəhbərlik edib. Onun üzvləri isə Karen Hunanyan, Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan olub.

Məhz 23 il əvvəl erməni parlamentində baş verən qanlı terror aktının nəticəsi olaraq “Qarabağ klanı” Ermənistanda hakimiyyəti tam ələ keçirib və onların hakimiyyəti 2018-ci ilin mayında İrəvanda baş verən və iqtidar dəyişikliyinə səbəb olan inqilaba qədər davam edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az