Bakı yeni raket alır: "Çakır"ın üstünlükləri nədir?

Bakı yeni raket alır: "Çakır"ın üstünlükləri nədir?

Hazırda Türkiyədə müxtəlif tipli qanadlı raketlər istehsal olunur. Onların arasında SOM, "ATMACA" və "Çakır" raketləri də var. "Çakır" raketi əvvəl adını çəkdiklərimdən daha yüngül olduğu üçün onları müxtəlif platformalarda, o cümlədən pilotsuz uçuş aparatlarından, pilotsuz dəniz, taktiki quru nəqliyyat vasitələrindən və su üstü platformalardan buraxmaq mümkündür.

Mediainfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Türkiyədən "Çakır" raketləri alması ilə bağlı danışarkən Bakupost.az-a açıqlamasında qeyd edib.

Ə.Verdiyevin sözlərinə görə, "Çakır"ın əvvəl istehsal olunan qanadlı raketlərdən fərqi odur ki, burada artıq KTJ-1750 Turbo mühərrikindən istifadə olunur:

"Raketlər hazırda sınaq mərhələsindədir. Böyük ehtimalla onların sınaqları gələn ilə qədər başa çatacaq. Yeni ildən bu raketler Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək".

Ekspert "Çakır raketinin funksiyaları barədə də danışıb:

"Çakır" raketinin hədəfini atəşdən sonra da dəyişmək mümkündür. Raketin uçuş məsafəsi ilkin sınaqlarda 150 km idi, sonrakı sınaqlarda isə artıq 200 km-dən uzun bir məsafədən bəhs edilir. Atıcı qurğunun yerləşdiyi platformaya görə bu qanadlı raketi həm yerüstü hədəfə, həm sahilə yaxın quru, yaxud suüstü hədəflərə, həm də strateji hədəflərə qarşı istifadə etmək olar. "Çakır" raketində unikal döyüş başlığı yerləşdirilib. Rabitə əlaqəsi şəbəkə baza quruluşuna malikdir və bu istənilən hava şəraitində raketin idarə olunmasını mümkün edir. Daha əvvəl qeyd etdiyim atışlardan sonra hədəfi dəyişdirmək və tapşırıqları ləğv etmək imkanı da məhz bu şəbəkə əsaslı rabitə əlaqəsi sayəsində mümkün olur. Eyni zamanda "Çakır"raketləri hazırda Türkiyənin hərbi dəniz qüvvələrinin inventarında yer alan "Penguin" raketlərini də əvəz etməyə imkan verəcək".

Ə.Verdiyev "Çakır" raketinin əsas texniki xüsusiyyətlərinə diqqət çəkib:

"Onların atəş məsafəsi 150-220 km arasında, kütləsi 275 kq-dan daha çoxdur. Mühərriklə birlikdə kütləsi isə 330 kq təşkil edir. Raketin diametri 275 mm, uzunluğu 3.3 m, döyüş başlığının kütləsi 70 kq-dır. Bu raketlərdə qəlpəli fuqas və ya termobarik döyüş başlığından istifadə olunur. Uçuş mühərrikinin tipi Turbo reaktivdir. Raketlər qatı yanacaqla çalışır və raketin kreyser sürəti 0.75 ilə 0.85 max arasında dəyişir. Raketin idarəetməsində ətalətli naviqasiya sistemindən və qlobal naviqasiya peyk sistemindən istifadə olunur. Bundan başqa raketin hündürlük ölçən radarı, barometrik hündürlük ölçəni, əlavə naviqasiya sistemi mövcuddur. Tuşlamada isə infraqırmızı və radiodalğalı aşkarlama başlığından istifadə oluna bilir. Bəzən isə hər iki model aşkarlanma başlığının paralel tətbiqi də mümkün hesab edilir. Bu raketin təkcə Türkiyənin milli maraqlarını qorumaq üçün deyil, həm də dost və müttəfiq ölkələrə, o cümlədən ilk növbədə Azərbaycana ixrac üçün nəzərdə tutulduğunu qeyd edə bilərik".

Qeyd edək ki, Azərbaycan Türkiyə ilə “Çakır” raketi almaq üçün danışıqlar aparır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az