İranın Türkiyəyə qarşı çirkin planı deşifrə edildi – “Öldür, bəraət al”

İranın Türkiyəyə qarşı çirkin planı deşifrə edildi – “Öldür, bəraət al”

Türkiyədə israilli turistləri öldürməkdə ittiham olunan iranlı agentlərdən biri Şahin Otadi ölkəsində edam cəzasına məhkum edilsə də, qarşısına qoyulan sui-qəsd planlarını həyata keçirəcəyi təqdirdə bəraət alacağına söz verilib.

Mediainfo.az xəbər verir ki, İran kəşfiyyatının (ETTELAAT) Türkiyədə israilli turistlərə sui-qəsd təşkil etmək üçün bu ölkəyə göndərdiyi agentlərinə qarşı iddia qaldırılıb.

İstinaq zamanı məlum olub ki, qanlı aktı törətmək üçün razılığı alınmış şəxs İranda narkotik ticarətinə görə ölüm cəzasına məhkum edilmiş Şahin Otadi olub.

İsrailli turistləri öldürmək üçün İran kəşfiyyatı tərəfindən Türkiyəyə göndərilən və həbs edilən iranlı agentlərə qarşı ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən hazırlanan sənəddə İran kəşfiyyatının sui-qəsd planının təfərrüatları açıqlanıb.

İttihamnamədə İranda həbsdə olan və edam cəzasına məhkum edilən Şahin Otadiyə Türkiyədə və ya başqa bir ölkədə İsrail vətəndaşlarına sui-qəsd təşkil etmək müqabilində hökmün ləğv ediləcəyinə dair İran dövləti tərəfindən zəmanət verildiyi deyilir. Təklifi qəbul edən Otadi sui-qəsdin icrasını “sağ əl”i olan Kave Bəratiyə həvalə edib. İttihamnamədə Bəratinin İranda həbsxanada olan Otadi ilə daim telefonla əlaqə saxladığı bildirilir.

İttiham aktında ifadəsi yer alan Seyidmahmud Hüseyni isə hədəflərinin İran əsilli müğənni olduğunu iddia edib. Otadinin A.T. adlı müğənninin Bərati tərəfindən öldürülməsini istədiyini deyən Hüseyni onu qısa müddət izlədiklərini söyləyib.

İyunun 17-də 4 iranlı casus tutulduqdan sonra sui-qəsdin təşkilatçılarından biri Keyvan Məcidzadə də İstanbul Polisinə göndərilən donos elektron məktubla ələ keçib.

“Terrorçular haqqında bəzi şeylər deyəcəm. İsrailin xarici işlər naziri deyib ki, bütün israillilər İstanbulda oteldə qalsınlar, çıxmasınlar. Bu işin içində Keyvan adlı bir şəxs də var. O, Bəylikdüzündə Yakupluda Həsən və onun həyat yoldaşı Məryəmlə yaşayır. Türkiyəni çox sevirəm, ona bir bəla gəlməsini istəmirəm, Allah qorsusun”, - məktubda qeyd edilib.

İranın terror aktlarının qarşısı Türkiyə (MİT) və İsrailin (MOSSAD) kəşfiyyat xidmətlərinin birgə səyləri nəticəsində alınıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az