Türkiyənin Haftarla bağlı yeni planı

Türkiyənin Haftarla bağlı yeni planı

Liviya Baş naziri Fayez Sərracın atəşkəs elanından sonra Ankara səssiz görünsə də, aktiv proseslər başlayıb.

Mediainfo.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti yazıb.

Məlumata görə, bu prosesdə Rusiya, İtaliya və Almaniya ilə təmasda olan Ankara atəşkəsin bölgədə hansı nəticələr verəcəyini gözləyir:

“Atəşkəs elanından sonra alternativ vəziyyətlər və atıla biləcək addımlar üçün bütün detallar, mümkün variantlar və ssenarilər planlaşdırıldı. Əsas hədəf “Haftarın təcrid olunması” planını həyata keçirməkdir. Haftarın atəşkəslə bağlı heç bir açıqlama verməməsi Ankaranın gözlədiyi proses kimi qiymətləndirilir. Türkiyənin planlarından biri də Liviyanın Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri Aqilə Salehi masaya oturtmaqdır. Eyni zamanda Ankara Saleh və Sərracın təmasda olmasından da məmnun qalıb. Salehin masada söz sahibi olması “Haftar olmadan masa quruldu” kimi şərh olunur”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az