Haftar Liviyada atəşkəsi yenidən pozdu

Haftar Liviyada atəşkəsi yenidən pozdu

Liviyada qiyamçı Xəlifə Haftara bağlı əsgərlər atəşkəs rejimini pozub.

Mediainfo.az xəbər verir ki, bu barədə hökumət qüvvələrinə bağlı Sirt və Cufra birgə əməliyyat dairəsinin sözçüsü general Əbdülhadi Dirah məlumat verib.

“Üsyançı düşmən qüvvələri bu gecə atəşkəsi pozaraq Liviya ordusunun nəzarət etdiyi bölgələrə 12-dən artıq “Qrad” raketi atıb. İnsident zamanı ölən və yaralanan olmayıb”, - general bildirib.

Qeyd edək ki, avqustun 21-də Liviya Baş naziri Fayez Sərrac və Haftarın müttəfiqi, Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri Aqilə Saleh atəşkəsin təmin olunması barədə qərar qəbul etmişdilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az