Azərbaycan-İran sərhədində atışma

Azərbaycan-İran sərhədində atışma

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birləri davam etdirir.

DSX-nın Mətbuat Mərkəzindən Mediainfo.az-a verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qa­pa­dılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe ol­madan, sər­həd naryadına qarşı av­to­mat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olunub. Sərhəd pozucularından biri güllə ya­rası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçıb və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılıblar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az