Misirin atəşkəs çağırışı 2 gün çəkdi

Misirin atəşkəs çağırışı 2 gün çəkdi

Misirin atəşkəs çağırışından 2 gün sonra Liviyada Haftara hərbi dəstək göndərdiyi ortaya çıxıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Star" nəşri məlumat yayıb.

Bildirilib ki, Misir Prezidenti Əbdülfəttah Sisi Haftara dəstək üçün tank və Mi-24 hücum helikopterləri göndərib:

"Haftarın nəzarətindəki bölgəyə Misir bayraqları ilə hərbi konvoy hərəkət edib. Konvoyda 18 ədəd ABŞ istehsalı M1 Abrams döyüş tankı da olub".

Qeyd edək ki, iyunun 6-da Əbdülfəttah Sisi Liviyada atəşkəsin əldə edilməsi üçün "Qahirə bəyənnaməsi"ni təklif edib. Bəyənnaməyə görə, Liviyada tərəflər razılaşdığı təqdirdə 8 iyun 06:00-dan etibarən ölkədə atəşkəs rejimi tətbiq olunmalı idi.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az