
Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov uzun illərdən sonra barışıblar.
Mediainfo.az xəbər verir ki, illərdir aralarında yaranan soyuqluğa son qoyan sənətçilər duet oxuyublar.
Onların musiqisi Vüqar Mirzəyev, sözləri Orxan Mürvətli və Baba Qədirliyə məxsus bəstəsi “Sən və mən" adlanır.
Xatırladaq ki, A.Bağırovla B.Dadaşova arasında qalmaqal "Aləm gözəl" mahnısı üstündə yaşanmışdı. B.Dadaşova bəstənin ilk onun üçün yazıldığını, A.Bağırovun isə oğurluq etdiyini bildirmişdi.
Həmin görüntüləri təqdim edirik: