
“Yeşilçam”ın ulduzu aktyor Nuri Alçonun səhhətində problemlər yaranıb.
Mediainfo.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəfildən halı pisləşən aktyor yaxınları tərəfindən təcili olaraq xəstəxnaya yerləşdirilib.
Bu haqda Nurinin arvadı Burcu Sezginoğlu sosial media hesabında məlumat verib.
O “Sən mənim nəfəsimsən. İnanıram ki, tez zamanda sağalacaqsan, məhəbbətim…” sözlərini yazaraq həyat yoldaşına dəstək olub