Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediainfo.az xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə E. Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan və 3 il sürücülük hüququndan məhrum edilib. (APA)
Qeyd edək ki, E. Quliyev ötən il Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar.
Videogörüntüləri təqdim edirik: