MTRŞ iclas keçirdi, Zaurun verilişinin yayımı dayandırıldı

MTRŞ iclas keçirdi, Zaurun verilişinin yayımı dayandırıldı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Şuradan Mediainfo.az-a bildirilib ki, iclasda 20 aprel 2020-ci il tarixdə ATV televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

MTRŞ ATV televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq ATV televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, ATV televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, ATV televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, sözügedən verilişin aparıcısı Zaur Baxşəliyev idi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az