
Əməkdar artist Cavanşir Məmmədov bu dəfə xanımları hədəf alaraq tənqid atəşinə tutub.
Mediainfo.az xəbər verir ki, MTV Azərbaycan telekanalında yayımlanan "6/8 axşam şousu"nda qonaq olan ifaçı xanımların dar geyiminməsinə irad bildirib:
"Keçmiş dövrlə indiki arasında fərq çoxdur. Biz sovet tərbiyəsi alaraq böyümüşük. Məsələn, yadınızdadırsa, idman dərsində qızlarla oğlanların müəllimləri fərqli olardı. Qızlar dərsdə "rituz"la iştirak edərdi, kişilər də "finka" geyinərdi. İndi xanımlar "rituzla" toya gəlirlər, yaxud da küçədə gəzirlər".
Müğənni qeyd edib ki, xanımlar geyimlərinə fikir verməli, çox açıq-saçıq geyinməməlidirlər:
"İndi paltarlı qadın görəndə sevinirəm. Deyirəm, nə yaxşı paltar geyinib. Axı indi hamı şalvar geyinir. Açıq danışıram. Şalvarı bədən formasını göstərmək üçün geyinənlə, dərinin rəngini nümayiş etdirmək üçün geyinən arasında fərq var. Qışda adam ayağı açıq geyinə bilər? Lakin bəzi qadınlar üstdən palto geyinirlər, ayaqları da açıq olur. Bilirsiz niyə? Yəni mənim bədənim bu rəngdir. Bunun da əleyhinə deyilik. Amma qədərində olsun".