Əməkdar artist Kübra Əliyeva da telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün qonorar istəyib.
Oxuməni.az xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, proqrama gəlmək vəsait tələb edir:
"Rahat geyinməyi sevirəm. 73 yaşım var. Bütün kanallar çağırır, getmirəm. İnciməyin. Verilişə gedəndə qaçmalıyam makiyaja, saça, geyimə. Bir kanal mənə qonorar ödəyir. Bu kanal da ödəsə, yaxşı olar. Gəlirik, verilişin reytinqini qaldırırıq. Üsyan edirik, niyə qonorar almayaq? Aparıcının cibində pul olmaya bilər, amma kanalında var. Həqiqətən biz gələndə pul ödəsinlər".