Bakıda arvadının boğazını kəsən şəxsə 17 il həbs cəzası verildi

Bakıda arvadının boğazını kəsən şəxsə 17 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediainfo.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Musayev 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb. Pirallahı qəsəbəsində 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Faktla bağlı Ə.Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az