İrina Şeyk tədbirə elə geyimdə getdi ki...

İrina Şeyk tədbirə elə geyimdə getdi ki...

Dünya şöhrətli tatar əsilli rusiyalı supermodel İrina Şeyk görünüşü ilə təəccübləndirib.

Mediainfo.az Bizim media-ya istinadən xəbər verir ki, dünya ulduzu Rihannanın alt-paltar markası "Fenty & Savage" dəb gecəsinə supermodel korset və şəffaf mini ətəkdə qatılıb.

Transparan geyimdə diqqətləri üzərinə cəmləyən Şeyk açıq-saçıq obrazı ilə səhnəyə çıxan modelləri kölgədə qoyub.

Moda dünyasında və ulduz dairələrində İrina Şeyk təkcə çılğın və dəlisov imici ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də dillərdən düşmür. Belə ki, supermodel keçmiş sevgilisi və ortaq qızı Leanın atası, Hollivud aktyoru Bredli Kuperin yanında görüntülənib.

İrina ya "Baham" adalarında dincəlir, şəkillər paylaşır, ya da Nyu-York küçələrində gəzərək, açıq havada vaxt keçirir. Lakin pərəstişkarları cütlüyü nə qədər fəal şəkildə bir araya gətirsələr də, hələlik ulduzların birləşməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az