Afət Fərmanqızı Azərbaycandan küsüb Dubaya gedir

Afət Fərmanqızı Azərbaycandan küsüb Dubaya gedir

Nəsiminin "Sığmazam" qəzəlini hind mahnısı ilə sintez edib toylarda oxuyan müğənni Afət Fərmanqızı Azərbaycandan gedir...

Modern.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. İddia olunur ki, Nəsiminin qəzəlinə oxuduğu ifaya görə sərt reaksiyalarla qarşılaşan Afət Fərmanqızı küsərək, Azərbaycanı tərk etmək qərarına gəlib.

Xanım müğənninin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yerləşməyi qərarlaşdırdığı da xəbərdə qeyd olunur.

O da bildirilir ki, müğəni əvvəllər də Bakı-Dubay reysinin yolçusu olub. Yalan-gerçək qeyd olunur ki, Afət Fərmanqızı hətta Dubaydakı məşhur otellərdən biri ilə anlaşma əldə edib ki, orada mütəmadi konsertlər versin.

Modern.az-ın əməkdaşı deyilənlərə müğənninin özünün reaksiyasını öyrənməyə çalışıb, amma buna nail ola bilməyib. Telefon zənginə cavab verən müğənni sualı eşidən kimi qapadıb...

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az