Xalq artisti Fatma Mahmudova "Maşın şou" nu tərk edib.
Mediainfo.az xəbər verir ki, aktrisa heç bir səbəb göstərmədən maşından əlini çəkərək oyundan getmək istədiyini dilə gətirib.
SMS səsverməsinə çıxarılmış müğənni Niyam Salami isə 69,36 faiz səs toplayaraq oyunda qalıb.
Maraqlısı odur ki, oyun ərzində hədəfini açıqlamayan ifaçı sonda oyundan heç kimi uzaqlaşdırmayıb.
Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.
Mediainfo.az