Sabah 42 dərəcəyədək isti olacaq

Sabah 42 dərəcəyədək isti olacaq

İyunun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəratinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az