Azərbaycanlı kosmonavt Mirqədirov... - ABŞ səfirliyi

Azərbaycanlı kosmonavt Mirqədirov... - ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan əsilli amerikalı aerokosmik mühəndisi Allen Mirqədirovun uğur hekayəsi barədə məlumat yayıb.

Mediainfo.az-a səfirlikdən verilən məlumata görə, Allen Mirqədirov 1991-ci ildə hələ 10 yaşında ikən ailəsi ilə birgə ABŞ-a köçüb.

“Allen Koloradoda Amerika Hərbi Hava Akademiyasında kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində isə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Daha sonra o, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) fəaliyyətə başlayıb. 2015-ci ildə Havay adalarında başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biri seçilib. Elə bu layihə ilə kosmik sənayənin inkişafına və gələcəkdə Marsa uçuşa böyük töhfə vermiş olub. Layihənin məqsədi, 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq, mümkün psixoloji problemləri araşdırmaq və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarət idi” – səfirlik bildirib.

Allen Mirqədirov həmçinin 2019-cu ildə Moskvanın Biotibbi texnologiyalar mühəndisliyinin problemləri İnstitutunda 4 aylıq şərti Aya uçuş beynəlxalq ekipajının da üzvü olub.

Müsahibələrin birində onun kimi kosmonavt olmaq arzusunda olanlara nə məsləhət görərdi deyə suala cavab olaraq deyib:

“Mənim pərəstiş etdiyim şəxslər hər zaman təhsilə böyük önəm verib. Mənim də məsləhətim odur ki, çox yaxşı oxuyun, sual verməkdən çəkinməyin və daima irəli gedin.”

ABŞ səfirliyi bildirib ki, Allen Mirqədirov kimi insanlar ABŞ və Azərbaycan arasında bağ qurur və bir daha ABŞ-ın Azərbaycandan və dünyanın digər ölkələrindən olan istedadlı insanlar üçün imkanlar diyarı olduğunu xatırladır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az