Koronavirusun pullu tərəfi: həkim vaksin sayəsində milyarder oldu

Koronavirusun pullu tərəfi: həkim vaksin sayəsində milyarder oldu

Sinqapurlu həkim Çun Yonq Lu koronavirusa qarşı həyata keçirilən uğurlu peyvəndləmə kampaniyası sayəsində dollar milyarderinə çevrilib.

Oxuməni.az xəbər verir ki, Çun Yonq Lu “Raffles Medical Group” şirkətinin icraçı direktorudur və bu şirkətin gəlirlərində 104 faiz artım baş verib.

Ekspertlər bildirirlər ki, həkim öz korporasiyasının gəlirlərini 2021-ci ilin əvvəlindən başlayaraq iki dəfədən çox artırıb və 345 milyon dollar təmiz gəlir əldə edib. Beləliklə, onun şirkətinin dəyəri 1,1 milyard dollardan çoxdur.

Şirkət Sinqapurda 15 peyvəndləmə mərkəzini idarə edir. Habelə sərhəddə ölkəyə daxil olan turistlərdən koronavirus testi götürür, mühüm ictimai tədbirlər ərəfəsində və aerportlarda testlər aparır. Bunun sayəsində Sinqapur peyvəndləmə tempini xeyli artırıb, ölkə sentyabr ayına qədər əhalinin 80 faizinə peyvənd vurulmasını nəzərdə tutur və nəticədə “Raffles Medical Group” daha bir neçə yüz min müştəri əldə edib. Şirkət müasir tibbi avadanlıqlara təchiz edildiyindən və yüksək səviyyədə xidmət göstərdiyindən pasiyentlər onun işini müsbət qiymətləndirirlər.

72 yaşlı doktor Lu isə deyir ki, onun üçün şirkətin gəliri mühüm deyil. Çünki o, mühüm işlə məşğuldur və minlərlə pasiyenti peyvəndləmə sayəsində virusdan qoruyur.

Qeyd edək ki, koronavirus dünya ölkələrində lokdauna gətirib çıxartdığından və iqtisadiyyatları sarsıtdığından trilyonlarla dollar ziyana gətirib çıxarıb. Lakin eyni zamanda başda Çin olmaqla antiseptiklərin və tibbi maskaların, digər qoruyucu vasitələrin satışının kəskin artması nəticəsində bir çox ölkələr on milyardlarla dollar gəlir də əldə edirlər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az