Məşhur reperin qızı küçələrdə yatır

Məşhur reperin qızı küçələrdə yatır

Məşhur prodüser və reper Dr. Dre-nin 38 yaşlı qızı Lataniya Yanq maddi sıxıntı yaşayır.

Mediainfo.az xəbər verir ki, bu haqda qız müsahibəsində danışıb. O bildirib ki, milyonçu atası ona yardım etmir. Buna görə də Yanq kirayə götürdüyü avtomobildə gecələyir.

Dörd övladı olan Lataniya başqa bir ştata köçmək qərarına gəlib. Dre isə onunla heç danışmaq belə istəmir.

Dr. Dre ən uğurlu və varlı reperlərdəndir. Onun mülkü 950 milyon dollar dəyərində qiymətləndirilib. Qızı hazırda kuryer şirkətlərində sürücü çalışır. O, atasını 18 ildir görmür. Yanq bildirib ki, hətta atasının telefon nömrəsini də bilmir.

"Eşitdim ki, keçmiş xanımı Nikolaya ayda 300 min dollar ödəyir. Haqsızlıqdır, anam ondan pul almırdı. Ona məktub yazıb, ev istədim. Bizim kollec pulumuzu ödəməli idi. Etmədi" deyə, qız bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az