Sabahın hava proqnozu: Hava soyuyacaq, bəzi yerlərdə yağış yağacaq

Sabahın hava proqnozu: Hava soyuyacaq, bəzi yerlərdə yağış yağacaq

Dekabrın 1-də gözlənilən hava proqnozu açıqlanıb.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti,
Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 1-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az