“Dönərxanaların çoxu saxta sənədlə fəaliyyət göstərir“ - Şok ittiham

“Dönərxanaların çoxu saxta sənədlə fəaliyyət göstərir“ - Şok ittiham

Dünən Bakı şəhərində kütləvi zəhərlənmə qeydə alınıb. Nəsimi rayonun ərazisində yerləşən “Dönər market” dönər evində nahar edən 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, analoji hallara tez-tez rast gəlmək mümkündür. Buna səbəb nədir? İnsanlar dönərdən niyə zəhərlənir?

Dönərin hazırlanma prosesi təhlükəlidir, yoxsa istifadə olunan məhsul keyfiyyətsizdir?

Mediainfo.az-ın verdiyi xəbərə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında deyib ki, dönər insanların tədricən xəstələnməsinə rəvanc verən qidalardandır:

“Dönərlə bağlı şikayətlər illərdir davam edir. Dönərə gənclərin tələbatı daha çox olur. Dönər insanların tədrici xəstələnməsinə rəvanc verən qidalardan biridir. Onun 6 il öncə standartları yaradılıb. Əgər o standartlara uyğun dönər hazırlanıb satılarsa, heç bir problemlər olmaz.

Dönərləri hazırlayıb, onu şişə taxıb, - 40 dərəcə dondurmadan keçirib, xüsusi avtomobillərdə dönərxanaya çatdıran iki müəssisə müəyyən olunub. ”AzProtein Foods Group” şirkəti və “SƏHLİYALI” müəssisəsidir. Onlarda bahalı avadanlıqlar var. Minus 40 dərəcə dondurmadan keçməklə təhlükəli maddələri məhv edirlər”.

E.Hüseynovun sözlərinə görə, dönərlər mənşəyi bilinməyən ətdən hazırlanır:

“Biz görürük ki, dönərxanalarda dönəri necə gəldi ətdən hazırlayıb satırlar. Dönərxanaların hamısında demək olar ki, ətin baytar kağızı var. Bəzən o kağızlar bişən dönərə aid olmur. Gedib qanuni dönər hazarlayan yerdən kağızı alırlar. Mənşəyi məlum olmayan ətdən dönər hazırlayıb bişirirlər, yoxlamaya gələnlərə isə o kağızı göstərirlər. Kağız təhlükəsizliyi təmin etmir”.

Eyyub Hüseynov qeyd edib ki, hökumətin yoxlama mexanizmi həddindən artıq bürokratikdir:

“Dövlət orqanları yoxlamalar keçirə bilmir. Əl-qolları bağlıdır. Bir insan zəhərlənərsə, ona cəld reaksiya mexanizmi də yoxdur. Yoxlamaya getmək üçün dövlət orqanları uzun bir prosedur keçməli, Ədliyyə Nazirliyinə müraciət etməlidirlər. Bu prosedur yaramazdır. Azad İstehlakçılar Birliyi təklif edir ki, Ədliyyə Nazirliyi qidanın təhlükəsizliyi üçün yoxlama prosesini sadələşdirsin. Heç olmasa dövlət orqanlarının monitorinq aparmaq imkanlarını yaratsın. Təəssüf ki, bu imkan yoxdur. Biznes qurumları dövlətin onlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az