Sabahın hava proqnozu açıqlandı: Bəzi yerlərdə yağış yağacaq

Sabahın hava proqnozu açıqlandı: Bəzi yerlərdə  yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 04-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az