Bakıda və Abşeron yarımadasında martın 12-də havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti, Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.