Suriyanın paytaxtı Dəməşqdə iki partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqdə iki partlayış baş verib

Bazar gününə planlaşdırılan Parlament seçkiləri ərəfəsində - iyulun 18-də axşam saatlarında Suriyanın paytaxtı Dəməşqdə iki partlayış baş verib.

Mediainfo.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, hər iki partlayış Nahr-Aişa məhəlləsindəki Anis ben Malek məscidinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Polis partlayışın baş verdiyi ərazini nəzarətə götürüb, araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az