
Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb
27 Fevral 11:07
Tanınmış musiqiçi Nofəl Süleymanovun ölüm səbəbi dəqiqləşib.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, N.Süleymanovun sənət dostları onun güllə yarasından vəfat etdiyini bildiriblər. Belə ki, ötən gecə oğlunun əlində silahdan ehtiyatsızlıq səbəbindən atəş açılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ilkin olaraq ailəsindən N.Süleymanovun yol qəzası səbəbindən vəfat etdiyi bildirilmişdi.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az