Bakıda çovğunlu və qarlı hava şəraiti davam edir

Bakıda çovğunlu və qarlı hava şəraiti davam edir

Ötən gün axşam saatlarından müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib.

Mediainfo.az xəbər verir ki, 15 saatdan çoxdur yağmağa davam edən qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.

Bəzi ərazilərdə avtomobil qəzaları baş verib.

Müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılsa da, yolların buz bağlaması bəzi problemlərə yol açıb. Belə ki, nəqliyyat vasitələrinin hərəkətində gecikmələrlə müşahidə olunan problemlər yaranıb.

Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub.

Bundan başqa, paytaxtda fəaliyyət göstərən məktəblərdə də şagirdlərin dərsə davamiyyəti aşağı düşüb, bir çoxunda isə tədris təxirə salınıb.

Qeyd edək ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib. Xidmətin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, qarlı və çovğunlu hava şəraiti sabah da davam edəcək.

Bakı Nəqliyyat Agentliyi isə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az