Bakı-Minsk reysində azərbaycanlı sərnişin qəfildən vəfat edib

Bakı-Minsk reysində azərbaycanlı sərnişin qəfildən  vəfat edib

Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəlüdlü azərbaycanlının (adı açıqlanmır) halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.

Bu barədə Belarusun "Belavia" aviaşirkətindən məlumat verilib.

Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.

"Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak veriblər. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı məlumat verib və Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib", - aviaşirkətdən bildirilib.

Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:

"Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq".

Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

2022.09.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az