Moskvada koronavirusа yoluxmuş daha iki nəfər vəfat edib

Moskvada koronavirusа yoluxmuş daha iki nəfər vəfat edib

Moskvada koronavirusdan iki nəfər dünyasını dəyişib.

Mediainfo.az xəbər verir ki, Moskva ətrafındakı Kommunarka qəsəbəsində yerləşən tibb mərkəzində ötən gün ərzində koronavirusа yoluxmuş iki nəfər vəfat edib. Xəstəxananın baş həkimi Denis Protsenko özünün "Facebook" səhifəsində yazıb ki, ötən gün ərzində koronavirus diaqnozu qoyulmuş 80 və 69 yaşlı iki xəstə dünyasını dəyişib.

Sutka ərzində mərkəzə 28 xəstə daxil olub. Xəstəxanada ümumilikdə 348 nəfər müalicə olunur, onların 78-də COVID-19 diaqnozu təsdiq edilib, daha 115 nəfərdə bu virusun olduğu ehtimalı var.

Qeyd edək ki, Moskva və Moskva vilayətində özünütəcrid rejimi tətbiq edilib. Hazırda vətəndaşlara yalnız təcili tibbi və digər yardımlar üçün müraciət edərkən, işə getmək, ərzaq və dərman almaq, habelə it gəzdirmək üçün evdən çıxmağa icazə verilir. Moskva meri Sergey Sobyanin öz saytında bildirib ki, yaxın günlərdə texniki məsələlər həll edildikdən sonra küçəyə yalnız xüsusi buraxılış vərəqəsi ilə çıxmaq mümkün olacaq. Mer vurğulayıb ki, Rusiya paytaxtında və ətraf ərazilərdə nəzarət tədbirləri tədricən gücləndiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az