Kolumbiyada yanacaq maşınının partlaması nəticəsində azı 7 nəfər ölüb

Kolumbiyada yanacaq maşınının partlaması nəticəsində azı 7 nəfər ölüb

Kolumbiyada yanacaq maşınının partlaması nəticəsində azı 7 nəfər ölüb, 50-dən çox insan yanıb.

Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Puebloviexo bələdiyyəsinin başçısı Fabian David Obispo Facebook səhifəsində yazıb.

Qeyd edilib ki, partlayış baş verən anda yanacaq maşınının yaxınlığında əllərində benzin bidonları ilə dolu insanlar olub.

Bələdiyyə başçısının sözlərinə görə, qurbanların sayı ilə bağlı rəsmi məlumat daha sonra açıqlanacaq.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az